Bu il 435 kriminal qrup zərərsizləşdirilib

Bu il 435 kriminal qrup zərərsizləşdirilib
# 09 iyul 2021 16:28 (UTC +04:00)

Bu il mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrup zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2021-ci ilin 1-ci yarısı ilə bağlı keçirilən kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov qeyd deyib.

O, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR