Bu il Bakıda narkotik satışı ilə bağlı faktlarda artım qeydə alınıb

Bu il Bakıda narkotik satışı ilə bağlı faktlarda artım qeydə alınıb
# 17 iyul 2021 18:42 (UTC +04:00)

Bakı şəhərinin prokurorluq və polis orqanları tərəfindən digər illərdə olduğu kimi 2021-ci ilin birinci yarımilində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı şəhər prokurorluğunda videokonfrans formatında keçirilmiş əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə bu qəbildən olan cinayətlərin aşkarlanması ilə bağlı 711 fakt (1590), satışla bağlı isə 266 (618) fakt artım qeydə alınıb.

Bakı şəhər prokuroru İlqar Abbasov çıxışında narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hər bir vətəndaş üçün prioritet məsələlərdən biri olmasını, narkotik maddələrin satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı polis orqanları ilə birlikdə səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsini Bakı şəhərinin tabe rayon prokurorlarından tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR