Bu il cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 43 cinayət qeydə alınıb

Bu il cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 43 cinayət qeydə alınıb
# 29 iyul 2021 12:05 (UTC +04:00)

Bu il ərzində cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 43 cinayət qeydə alınıb.

APA xəbər verir ki, bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, qeydə alınmış 43 cinayət hadisələrindən 30-u görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşlar və digər şəxslər tərəfindən törədilib.

Rəis müavini qeyd edib ki, keçirilən tədbir nəticəsində 36 fakt üzrə narkotik vasitələrin və 8 ədəd mobil telefonların gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR