Bu il respublika ərazində baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb

FHN

© APA | FHN

# 23 oktyabr 2021 09:29 (UTC +04:00)

Bu il respublika ərazisində 13231 təbii və texnogen mənşəli hadisə baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin 9 ayı ərzində bağlı statistik məlumatlarında qeyd edilib.

Bildirilib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 398 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 36 nəfər xilas edilib, 496 nəfər təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR