Bu il valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 4 iddia qaldırılıb

Bu il valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 4 iddia qaldırılıb

© APA | Baş Prokurorluqda əməliyyat müşavirəsi

# 23 iyul 2021 16:29 (UTC +04:00)

İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə qeyd edilib ki, 2021-ci ilin birinci yarımilində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsi tərəfindən 70 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR