Cəlilabad və Masallıda yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi müəyyən edilib

Cəlilabad və Masallıda yaşayış yerini tərk edən koronavirus xəstələri

© APA | Cəlilabad və Masallıda yaşayış yerini tərk edən koronavirus xəstələri

# 26 avqust 2021 10:25 (UTC +04:00)

Cəlilabad və Masallı rayonlarında yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi aşkarlanıb.

DİN-inMətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad rayon sakinləri V.Məmmədov və Ş.Cavadzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb. Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Masallıda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş G.Həsənov və F.Bayramovun yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslər ictimai yerlərdə aşkarlanıb. Həmin əraziyə təcili tibbi yardım avtomobilləri çağırılmaqla və tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları ünvana qaytarılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR