Cəlilabadda 17 yaşlı qız itkin düşüb - FOTO

Cəlilabadda 17 yaşlı qız itkin düşüb - FOTO
# 16 iyun 2021 22:40 (UTC +04:00)

Cəlilabadda gənc qız itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, fotodakı şəxs rayonun Uzuntəpə kənd sakini, 2004-cü il təvəllüdlü Gülnarə Bəxtiyar qızı Şükürovadır.

O, 9 iyun tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Gənc qızı görən şəxslərdən polisə və (051) 386-06-59 telefon nömrəsinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR