Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişib - VİDEO

Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişib - VİDEO
# 13 sentyabr 2021 21:52 (UTC +04:00)

Cəlilabad rayonunda ana doğuşdan sonra vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumatına görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Həziyeva Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin Perinatal şöbəsində qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirdikdən sonra ölüb.

Doğulan uşağın yaşadığı bildirilir. Bu, qadının ilk hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR