Cəlilabadda avtomobil aşıb, sürücü ölüb

Cəlilabadda avtomobil aşıb, sürücü ölüb
# 22 avqust 2021 17:01 (UTC +04:00)

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində aşan "Niva" markalı maşının sürücüsü, Babalı kənd sakini Xəqani Mehdi oğlu Əzizov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan 2 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR