Cəlilabadda karantin qaydaları pozulan restoran sahibi cərimə olunub

Cəlilabadda karantin qaydaları pozulan restoran sahibi cərimə olunub
# 12 noyabr 2021 12:21 (UTC +04:00)

Cəlilabadda karantin qaydaları pozulan şadlıq sarayı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aparılan yoxlamalar zamanı Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yerləşən “Uğur” şadlıq evində təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR