Cəlilabadda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

Cəlilabadda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
# 30 oktyabr 2021 10:32 (UTC +04:00)

Cəlilabadda fərdi yaşayış evlərinin həyətlərində keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayonunun Cəfərxanlı və Məşədilər kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Karantin rejim qaydalarının pozduqlarına görə toy təşkilatçıları Y.Paşayev və M.İşiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR