Cəlilabadda keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Cəlilabadda keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 04 sentyabr 2021 12:35 (UTC +04:00)

Cəlilabadda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Cavid Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 14-ə təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, mayın 28-də rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Xatırladaq ki, təxminən 10 il əvvəl boşanmış cütlüyün 2 övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR