Cəlilabadda "Patı" satan şəxslər tutulub

Cəlilabadda "Patı" satan şəxslər tutulub

© APA | saxlanılan şəxslər

# 31 iyul 2021 12:23 (UTC +04:00)

Cəlilabadda metamfetaminin dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İ.Quliyev və H.Nəsirov saxlanılıb.

Keçirilən baxış zamanı hər ikisinin üzərindən "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla onların həmin psixotrop maddəni Cəlilabad rayon sakini Ə.Cəfərovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən heroin və metamfetamin aşkanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakinləri N.Abdullayev və İlham Kərimov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə satış üçün hazırlanmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR