Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib

Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib
# 27 oktyabr 2021 12:32 (UTC +04:00)

Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimə olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha bir toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində yerləşən “Aytac” şadlıq evində təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR