Cəlilabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var

Cəlilabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var
# 22 avqust 2021 13:18 (UTC +04:00)

Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Uzuntəpə kəndində "UAZ" və "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR