Çətənə bitkiləri yetişdirən Astara sakini saxlanılıb

Çətənə bitkiləri yetişdirən Astara sakini

© APA | Çətənə bitkiləri yetişdirən Astara sakini

# 12 iyul 2021 11:53 (UTC +04:00)

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Ojakəran kənd sakini İntiqam Həkimov saxlanılıb. Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 127 kiloqram olan, 70 sanimetrdən 2 metr 80 santimetrə qədər hündürlükdə 61 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR