Çətənə yetişdirən Lənkəran sakini saxlanılıb

Çətənə yetişdirən Lənkəran sakini saxlanılıb
# 14 iyun 2021 11:13 (UTC +04:00)

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Xolmili kənd sakini M.Fərziyev saxlanılıb. Onun həmin kənddəki nəzarətsiz ərazidə kolluqların arasında kultivasiya yolu ilə yetişdirdiyi 47 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR