Ceyranbatanda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Ceyranbatanda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO  - VİDEO
# 04 sentyabr 2021 18:51 (UTC +04:00)

Ceyranbatanda iki avtomobil toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, "BMW" markalı avtomobil "Niva" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Bir müddət yolda sıxlıq yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.

Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR