Cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə 668 949 manat ödənilib

Cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə 668 949 manat ödənilib
# 23 iyul 2021 15:53 (UTC +04:00)

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 110 milyon 533 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,2 faizinin, yəni 41 milyon 72 min manat hissəsinin ödənilməsinə nail olunub.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Həmçinin, bildirilmişdir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 668 min 949 manat məbləğində pul vəsaiti ödənilib.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci ilin birinci yarımili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 44 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR