Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşüb - VİDEO

Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşüb - VİDEO
# 29 avqust 2021 16:17 (UTC +04:00)

Daşkəsən sakini minaya düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib. Ş.Tağıyev atını gətirən zaman minaya düşüb.

Ş. Tağıyev xəstəxanaya yerləşdirilib, sağ ayağının topuqdan amputasiya ediləcəyi bildirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR