Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib - YENİLƏNİB

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib - YENİLƏNİB
# 04 oktyabr 2021 20:30 (UTC +04:00)

Daşkəsəndə həmyerlisini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə törədən 1969-cu il təvəllüdlü Faiq Hüseynəliyev olub.

O, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. İlkin ifadəsində cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 19:17

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çıraqlı kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlu bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR