Daşkəsəndə iki nəfər itkin düşüb

Daşkəsəndə iki nəfər itkin düşüb
# 01 avqust 2021 12:02 (UTC +04:00)

Daşkəsəndə at axtarmağa gedən 2 nəfər dumanlı havada itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 3 gün bundan əvvəl rayonun Alaxançallı kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri 11 yaşlı İsmət Bayramov və 21 yaşlı Ülfət Rüstəmovdur.

Qeyd edək ki onların axtardığı at tapılıb. 3 gündür ki həmin şəxslərdən xəbər yoxdur. Onların axtarışları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR