Daşkəsəndə silahlı insident zamanı 72 yaşlı kişi güllələnib

Daşkəsəndə silahlı insident zamanı 72 yaşlı kişi güllələnib
# 31 avqust 2021 21:45 (UTC +04:00)

Daşkəsəndə güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zivlən kəndində qeydə alınıb.

Kənd sakini, 1949-cu il təvəllüdlü Zahid İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, 72 yaşlı kişi tanışı tərəfindən güllələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR