Daşkəsəndə toyda qətl törədən şəxs saxlanılıb - FOTO - VİDEO - YENİLƏNİB

Daşkəsəndə toyda qətl törədən şəxs saxlanılıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 26 iyul 2021 01:12 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


20:40

Daşkəsəndə toyda qətl törədən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs Alaxançallı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğludur.

O, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:03

Daşkəsəndə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Alaxançallı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlara başlanıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR