Daşkəsəndə yabanı halda bitən 8495 ədəd çətənə kolu məhv edilib

Daşkəsəndə yabanı halda bitən 8495 ədəd çətənə kolu məhv edilib
# 24 iyun 2021 15:50 (UTC +04:00)

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR