Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb  - YENİLƏNİB - VİDEO

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb  - YENİLƏNİB  - VİDEO
# 28 noyabr 2021 14:20 (UTC +04:00)

Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.
***

saat 14.03

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.
Bu barədə APA-ya DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
E.Zahidov bildirib ki, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.
Hadisə zamanı Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR