Dənizdə batan Bakı sakininin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

Dənizdə batan Bakı sakininin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
# 08 iyul 2021 06:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR