Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib
# 03 iyul 2021 23:14 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Bilgəh”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 4 nəfər batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, həmin şəxslər xilasedicilər tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR