Dənizkənarı Milli Parkda bir nəfər intihar edib

Dənizkənarı Milli Parkda bir nəfər intihar edib
# 16 iyun 2021 09:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1954-cü il təvəllüdlü İsmayılov Elbrus İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR