DİN Ağcabədidə qəbiristanlıqda baş verən qətl barədə məlumat yayıb

Ağcabədidə qətl baş verən ərazi

© APA | Ağcabədidə qətl baş verən ərazi

# 05 noyabr 2021 13:26 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) dünən Ağcabədi rayonunda baş verən qətl barədə məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumatda bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə noyabrın 4-də saat 15 radələrində Kəhrizli kənd qəbiristanlığında kənd sakini M.Nuriyevin münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Rahid Həsənovu öldürməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Nuriyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi qanunsuz saxladığı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR