DİN: Alpinistlərin xatirəsinə quraşdırılmış bürünc lövhə tapılıb

Alpinistlərin xatirəsinə quraşdırılmış bürünc lövhə tapılıb

© APA | Alpinistlərin xatirəsinə quraşdırılmış bürünc lövhə tapılıb

# 24 iyul 2021 12:26 (UTC +04:00)

Son günlər sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olmuş alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhənin oğurlanmasına dair məlumatlar yayılıb.

APA-nın məlumatına görə, bununla bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirib ki, sözü gedən məsələ ilə bağlı Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb.

"Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb səbəb olub", - deyə X. Talıbov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR