DİN: Aşkar olunmuş güclü təsirə malik narkotikin 99%-i cənub sərhədlərindən daxil olan heroin və tiryəkdir

DİN: Aşkar olunmuş güclü təsirə malik narkotikin 99%-i cənub sərhədlərindən daxil olan heroin və tiryəkdir
# 30 noyabr 2021 13:56 (UTC +04:00)

“Dövlət sərhədinin 132 km-lik sahəsi uzun illər işğal altında olub. Uzun illər erməni işğalında olan bu ərazilərdə separatçılar tərəfindən narkotik satışı üçün şərait yaradılmışdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunmasından sonra dövlət sərhədlərimizin qorunması təmin edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov İslam Hümbətov deyib.

İdarə rəisi bildirib ki, ancaq bundan sonra dövlətimizin digər sərhədlərinə narkotiklə bağlı təhdidlər artıb: “Məlumat üçün deyim ki, aşkar olunan güclü təsirə malik narkotik maddələrin 99%-i cənub sərhədlərindən daxil olan heroin və tiryəkdir. Bunların da çox böyük hissəsinin ölkəyə daxil olması üçün sərhədlər bərpa olunduğuna görə digər sərhədlərə təhdidlər olub. Bu təhdidlərin böyük hissəsinin qarşısı alınıb. Təkcə DİN ötən illə müqayisədə ton yarımdan çox narkotik vasitə dövriyyədən çıxarıb. Onların da çox hissəsini metamfetamin və heroin təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR