DİN Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN  Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
# 25 may 2021 13:27 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 24-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində F.Əhmədov idarə etdiyi “Feldbinder” markalı qoşqulu yük avtomobilini qarşıda dayanmış S.Məhərovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vurub. Nəticədə S.Məhərovun 3 sərnişini hadisə yerində öüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR