DİN: Bu il 3 tona yaxın narkotik dövriyyədən çıxarılıb

Elşad Hacıyev

© APA | Elşad Hacıyev

# 04 oktyabr 2021 13:59 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış nəticəsində 2021-ci il yanvarın 1-dən bu günə qədər 6420 fakt aşkarlanıb.

APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, onlardan 2206 satış, 3763 saxlama, 393 kultivasiya-əkin və 58 digər hallar olub. Ümumillikdə isə sözügedən müddətdə 2 ton 773 kiloqram narkotik, 230 kiloqram psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR