DİN: Deputat Eldəniz Səlimovun polisə xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparılır - VİDEO - YENİLƏNİB

DİN: Deputat Eldəniz Səlimovun polisə xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparılır - VİDEO  - YENİLƏNİB

© APA | Daxili İşlər Nazirliyi

# 30 iyul 2021 11:21 (UTC +04:00)

Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, MM-in deputatı Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində baş verib.

Bildirilib ki, Eldəniz Səlimov karantin qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR