DİN Göyçayda polis əməkdaşının törətdiyi qəza ilə bağlı məlumat yayıb

DİN bina

© APA | DİN bina

# 22 noyabr 2021 12:39 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Göyçayda polis əməkdaşının törətdiyi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR