DİN: Göygöldə qanunsuz it yarışlarının keçirilməsi nəzarətə götürülüb - FOTO - YENİLƏNİB

it döyüşləri, Göygöl

© APA | it döyüşləri, Göygöl

# 10 oktyabr 2021 16:41 (UTC +04:00)

Göygöldə qanunsuz it yarışlarının keçirilməsi ilə bağlı məsələ nəzarətə götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə bu yarışların Gəncə şəhərində keçirilməsi qeyd olunsa da, yarış Gəncə şəhərində deyil, Göygöl rayonunda keçirilib.
E. Qasımov deyib ki, məsələ ilə bağlı artıq araşdırmalar başlanılıb: “Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

***

saat 16.15

Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.
APA-nın xəbərinə görə, Göygölün Lüləli kəndində "it meydanı" adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi məlum olub.
Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.
Məlumata görə, yarışların hər ay keçirilməsi planlaşdırılıb
Qeyd edək ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR