DİN: İctimai yerlərdə aşkar edilən 5 nəfər COVID xəstəsinə cinayət işi açılıb

DİN: İctimai yerlərdə aşkar edilən 5 nəfər COVID xəstəsinə cinayət işi açılıb
# 31 avqust 2021 10:17 (UTC +04:00)

Avqustun 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR