DİN iki azyaşlının göbələkdən zəhərlənərək ölməsi barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 20 oktyabr 2021 12:04 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, DİN-in açıqladığı məlumatda bildirilib ki, oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb.

Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR