DİN: Ötən gün 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib

DİN: Ötən gün 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib
# 25 avqust 2021 11:52 (UTC +04:00)

Avqustun 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR