DİN özünü TV əməkdaşı kimi təqdim edən Bərdə sakini barədə araşdırma aparır

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 01 sentyabr 2021 19:08 (UTC +04:00)

Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR