DİN Qaradağda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

DİN Qaradağda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

© APA | Qaradağda qəza

# 03 avqust 2021 13:06 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 2-də saat 19 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vurub və idarəetməni itirdiyindən yolun kənarında dayanmış “Opel”, “VAZ-2107” və “VAZ-21015” markalı 3 avtomobillə toqquşub.

Nəticədə T.Aqamedov hadisə yerində ölüb, xəsarət almış M.Əhmədov isə xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR