DİN Qubada 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

DİN Qubada 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb
# 25 avqust 2021 11:01 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Qubada 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, hadisə bu gün səhər saatlarında Qubanın Alekseyevka və Zərdabi kəndləri arasında baş verib.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan dörd sərnişin və sürücü həlak olub.
Hazırda həlak olan şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR