DİN Şabranda polisin avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yayıb

DİN Şabranda polisin avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yayıb
# 06 iyul 2021 12:29 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Şabranda polis əməkdaşının avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 6-da saat 01.30-da Şabran şəhərinin ərazisində şəhər sakini Ə.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR