DİN: Şəhidləri təhqir edən şəxsə inzibati həbs tənbeh tədbiri tətbiq olunub

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 16 oktyabr 2021 11:25 (UTC +04:00)

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəisi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, əvvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sürət Məmmədov, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan, 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər.

Qeyd olunub ki, cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR