DİN: Sosial təminat problemi ilə əlaqədar ƏƏSMN-in önündə toplaşanlarla bağlı insident olmayıb

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 19 noyabr 2021 12:37 (UTC +04:00)

Noyabrın 19-da saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib.

APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin açıqladığı məlumatda bildirilib. Qeyd olunub ki, həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR