DİN üç rayonda əməliyyat keçirib, 5 tondan artıq narkotik bitki məhv edilib

DİN üç rayonda əməliyyat keçirib, 5 tondan artıq narkotik bitki məhv edilib
# 14 iyun 2021 12:14 (UTC +04:00)

Qazax, Yardımlı və Goranboyda yabanı halda bitən külli miqdarda narkotik bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qazax Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Daş Salahlı kəndi ərazisində yabanı halda bitmiş 2,5 tona yaxın çəkidə 6997 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.  
Bundan başqa, Yardımlı rayon polis əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 10247 ədəd çətənə kolu aşkar edilib.

Goranboy rayon əməkdaşlarının keçirdikləri əməliyyatla isə Eyvazalılar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,1 tondan artıq olan 3170 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR