DİN vətəndaşları narkomaniya ilə mübarizəyə dəktək verməyə çağırıb - FOTO

DİN vətəndaşları narkomaniya ilə mübarizəyə dəktək verməyə çağırıb

© APA | DİN vətəndaşları narkomaniya ilə mübarizəyə dəktək verməyə çağırıb

# 20 sentyabr 2021 16:38 (UTC +04:00)

"Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər".

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bu işdə vacib məsələlərdən biri antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılmasıdır: "Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşlarımızın, ümumən sosial şəbəkə istifadəçilərinin, ölkəmizin ziyalı təbəqəsinin, blogerlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur."-deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR