DİN: Xanım müştərilərə qarşı nalayiq hərəkətlər edən taksi sürücüləri ilə bağlı araşdırma aparılır - VİDEO

Ehsan Zahidov, DİN-in Mətbuat Xidmətinin  rəisi, polis polkovniki

© APA | Ehsan Zahidov, DİN-in Mətbuat Xidmətinin  rəisi, polis polkovniki

# 04 dekabr 2021 11:06 (UTC +04:00)

“Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır. Görüntülər ictimailəşdikdən sonra Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır".

Bunu APA-ya DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

E. Zahidov deyib ki, müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır. Nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR