Direktor: “Xəyyam Abdinovun həbsinin Müasir İncəsənət Muzeyi ilə əlaqəsi yoxdur”

Xəyyam Abdinov

© APA | Xəyyam Abdinov

# 04 noyabr 2021 16:34 (UTC +04:00)

Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.

APA-nın məlumatına görə, Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev bildirib ki, Xəyyam Abdinov uzun müddətdir, Muzeydə çalışmır, o, direktor vəzifəsindən azad olunub.

“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı əlaqəsi yoxdur”, - deyə Rövlan Əliyev bildirib.

Qeyd edək ki, X. Abdinovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulduğu barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR